Latviya: “Türkiyenin müdafiə sənayesi ilə maraqlanırıq”

Latviya xarici işlər naziri Edqars Rinkeviçs ölkəsində Türkiyenin müdafiə sənayesi sektoruna maraqın hər keçən gün artdığını bildirib.

Latviya xarici işlər naziri Edqars Rinkeviçs ölkəsində Türkiyenin müdafiə sənayesi sektoruna maraqın hər keçən gün artdığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, Türkiye mətbuatına açıqlamasında Türkiyenin müdafiə sənayesi sektoruna dair münasibit bildirib.

Ölkəsinin Türkiye müdafiə sənayesi ilə əməkdaşlığa maraq göstərdiyini ifadə edən nazir Rinkeviç: “Müdafiə nazirliyimiz Türkiyedən “Dron” satın almağın imkanlarını axtarır. Müdafiə nazirimiz Artis Pabriks də Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatlarının (SİHA) sınaqdan keçirilməsini yaxından izləyir. İki ölkənin müdafiə sənayesi arasında əməkdaşlıq yaratmaq üçün lazımlı addımlar atır.”

Bütün xəbərlər Facebook səhifəmizdə