Üçtərəfli sammit Lvovda baş tutacaq

...Beləliklə, Türkiyə prezidentinin saytında yer alan açıqlamaya görə, Ərdoğan Zelenskinin dəvəti ilə avqustun 18-də Lvova bir günlük işgüzar səfər edəcək.

Lvovda Ukrayna prezidenti Vladimir Zelenski ilə yanaşı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin iştirakı ilə keçiriləcək sammit keçiriləcək.

Maraqlıdır ki, Ukrayna saytlarının yazdığına görə, Ərdoğan məhz müharibəni “diplomatik yolla” bitirmək barədə danışmaq üçün Lvova səfər edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, danışıqlar zamanı liderlər Türkiyə-Ukrayna münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olan bütün aspektlərini də müzakirə edəcəklər.

Yenə Ukrayna saytlarının yazdığına görə, Lvovda baş tutacaq üçtərəfli sammitdə ixrac üçün formalaşan mexanizmin fəaliyyətinə daha çox dəstək vermək üçün potensial addımlar nəzərdən keçiriləcək.

...Və bununla yanaşı Ukrayna taxılını dünya bazarlarına çıxarmaq və diplomatik yollarla Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq məsələsi də nəzərdən keçiriləcək.

Xatırladaq ki, avqustun 5-də Türkiyə və Rusiya prezidentləri Soçidə görüşüblər. Həmən görüşün Erdoğan ertəsi günü Türkiyənin Rusiya qazının pulunu qismən rublla ödəyəcəyini açıqladi.

...Və, yeri gəlmişkən, bundan əvvəl Ərdoğanın birinci köməkçisi İbrahim Kalın dünya “Rusiyanı görməzlikdən gəlməklə Ukraynadakı müharibəni bitirə bilməz”-deyə bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə