“Beynəlxalq ictimaiyyət” Rusiyanı “sevir”?

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Lijian Rusiyaya qarşı və əksinə sanksiyalar tətbiq edən ölkələrin sayını hesablayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, müvafiq diaqramı Twitter hesabında yerləşdirib.

Onun sözlərinə görə, guya dünya ölkələrinin yalnız 15 faizi Rusiyaya qarşı sanksiyalar tətbiq edib, qalan 85 faizi isə tətbiq etməyib.

Çinli siyasətçiyə görə, beynəlxalq ictimaiyyəti yalnız əksəriyyət təmsil edir.

Rus saytlarının yazdığına görə, çinli siyasətçinin bu cür qrafiklərə bu cür maraq göstərməsi, guya ilk dəfə deyil.

Maraqlıdır ki, BRİKS və G7 koalisiyasına daxil olan ölkələrin əhalisini müqayisə edən Lijian 3,2 milyard nəfərlik BRİKS-in 777 milyon əhalisi olan G7-ni üstələdiyini bildirir.

Bununla yanaşı, O, dünya və Qərb mətbuatında “beynəlxalq ictimaiyyət” anlayışındakı fərqi də açıqlayıb.

Onun fikrincə, sonuncuda bu konsepsiyaya yalnız Avropa ölkələri, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, ABŞ və Kanada daxildir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə