Belarus sərhəddə ödənişli gözləmə rejimi tətbiq edir

Belarus prezidenti Aleksandr Lukaşenko “Nəqliyyat vasitələrinin buraxılış məntəqələrində elektron növbə sistemi haqqında” fərman imzalayıb, ona əsasən sərhəddə buraxılış məntəqələrinə giriş üçün ödənişli gözləmə müddəti tətbiq edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb. “Elektron növbə sisteminin səmərəliliyini artırmaq məqsədilə fərmanla avtonəqliyyat vasitələrinin gözləmə yerində pulsuz yerləşdirilməsi ləğv edilir”, - deyə mətbuat xidmətindən bildirilib.

Yeri gəlmişkən, avtonəqliyyat vasitələrinin gözləmə zonasından buraxılış məntəqəsinə daxil olma vaxtının ödənişli bronlaşdırılması xidmətinin ləğv ediləcəyi də bildirilir.

Bunun əvəzində isə, gözləmə zonasına daxil olan bütün avtonəqliyyat vasitələrinin elektron növbə sistemində qeydiyyata alınması üçün ödənişin həyata keçirilməsi, gözləmə zonasına giriş isə sadələşdirilərək, növbə prinsipi əsasında həyata keçiriləcək.

Qeyd edilməlidir ki, hələ bu ilin aprelində məlumat olaraq bildirmişdi ki, Belarus Nəqliyyat Nazirliyi Avropa İttifaqı ölkələrində qeydiyyatda olan avtomobil və traktorların Avrasiya İqtisadi Birliyinin gömrük sərhədindən ölkə ərazisinə keçirilməsinə cavab qadağası tətbiq edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə