Parisdə daşqın səbəbindən metrostansiyalar bağlanıb

Bir neçə gündür isti hava dalğasının təsiri altında olan Fransanın paytaxtı Parisdə leysan yağış və fırtınadan sonra daşqın baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, Parisdə günorta saatlarında yağan leysan yağış həyatı iflic edib.

Bir çox küçələr su altında qalıb.

Sel səbəbindən bəzi metrostansiyalar müvəqqəti bağlanıb.

Fransa Meterologiya Xidməti Cənub-qərb bölgəsində tufan və güclü yağış riski ilə bağlı narıncı xəbərdarlıq elan edib.

Xüsusilə cənub-şərq bölgəsində güclü külək və leysan xarakterli dolu olacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə