Finlandiyanın müdafiə naziri Antti Kaikkonen “ölkəsinin terroru qətiyyən dəstəkləmədiyini” və səlahiyyətlilərin terrora qarşı mübarizə apardıqlarını vurğulayıb.
SİA-nın TRT telekanalına istinadla verdiyi xəbərə görə müdafiə naziri Antti Kaikkonen 240-cı Milli Müdafiə Proqramı çərçivəsində etdiyi çıxışında bu barədə danışıb və NATO qaydalarını bozacaq addımlar atmaqdan imtina etdiklərinə diqqət çəkərək: “Biz NATO-ya üzvlük şərtlərini yerinə yetirdik. NATO-ya üzv olan 30 ölkədən 23-ü Finlandiyanın üzvlüyünü təsdiq edib. Digər 7 ölkə isə parlamentin qərarını gözləyir. Türkiyə sözmövzusu 7 ölkə arasında iştirak edir. Türkiyənin təhlükəsizlik qayğılarının idrakındayıq. Lakin bilməlidir ki, Finlandiya terroru dəstəkləmir. Terrora qarşı mübarizəmiz aramsız davam edir. Bunu gözdən yayındırmaq ədalətsizlik olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

USD
EUR
GBP
RUB