Ermənistanda iki günlük matəm elan edilir

İrəvan bazarında baş verən partlayışla əlaqədar...

Avqustun 17-dən 18-dək Ermənistanda İrəvanın Sürmalu topdansatış bazarında baş vermiş partlayış nəticəsində həlak olanlar üçün iki günlük matəm elan edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS hökumətin müvafiq qərarına istinadən xəbər verir.

Partlayış və yanğın zamanı həlak olanların xatirəsinə “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanunu rəhbər tutaraq, avqustun 17 və 18-də Ermənistanda matəm elan edilsin”.

Hökumətin müvafiq qərarında belə deyilir.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Fövqəladə Hallar Nazirliyi “Sürməlu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölən və itkin düşənlərlə bağlı son məlumatları açıqlayıb.

Agentliyin məlumatına görə, dağıntılar altından 16 ölənin cəsədi çıxarılıb, onlardan ikisinin şəxsiyyəti hələlik müəyyən edilməyib. Ölənlər arasında beş yaşlı uşaq və onun hamilə anası da var.

...60 nəfər yaralanıb. İran vətəndaşı da daxil olmaqla 6 nəfər hələ də itkin kimi axtarılır.

Məlum olub ki, əvvəllər itkin düşənlər arasında rus qadın da olub, lakin sonradan qadın tapılıb, o, sağ-salamatdır. Rusiya səfirliyi partlayışda ölənlər arasında rusların olmadığını bildirib.

Yenə də xatırladaq ki, ötən bazar günü “Sürməlu” ticarət mərkəzində ölən və yaralananların olduğu pirotexniki materialların anbarında partlayış olub.

... Təxminən 2889 kv.m sahəsi olan üç mərtəbəli bina yerlə bir olub.

Ümmiyyətlə yanğınsöndürmə və xilasetmə əməliyyatlarının ərazisi 1 ha-nı əhatə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...