Gürcüstanın xarici ticarət dövriyyəsi 35,3 faiz artıb

Cari ilin birinci yarısında Gürcüstanın xarici ticarət dövriyyəsi 10 milyard dolları keçib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə ixracın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 36,3 faiz artaraq 3 milyard dollardan çox olub.

İdxalın həcmi isə 34,8 faiz artaraq 7 milyard dolları keçib.

Gürcüstanın xarici ticarətində 4 milyard dollar həcmində mənfi saldo yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə