“Bu gün həsədlə izlənilən bir Türkiyə var”

Türkiyənin ən çətin şərtlər altında belə inkişafa davam etdiyini vurğulayan prezident deyib...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Bu gün Birləşmiş Millətlər Təşkilatı və NATO başda olmaqla, bütün mövzularda milli maraqlarını qorxmadan müdafiə edən və təsirli diplomatiya ilə nəticə əldə edən Türkiyə var”, - dedi.

SİA-nın əldə etdiyi məlumata görə, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri, ölkə başçısı R.T.Ərdoğan paytaxt Ankarada AK Partiyanın mərkəzi qərargahında keçirilən Rayon Başçılarının Genişləndirilmiş Toplantısında iştirak edib.

Türkiyənin ən çətin şərtlər altında belə inkişafa davam etdiyini vurğulayan prezident deyib: “Bu gün inkişaf və humanitar yardımlar baxımından dünyaya nümunə olan bir Türkiyə var.

Bu gün nə daxildə, nə də xaricdə heç kimin razılığını istəmədən öz milli təhlükəsizliyi üçün əməliyyatlar aparan, güclü ordusu olan bir Türkiyə var.

Bu gün təhsildən enerjiyə, nəqliyyatdan səhiyyəyə, müdafiə sənayesindən texnologiyaya qədər hər sahədə tarix yazan, dastanlar qoşan, həsədlə izlənilən bir Türkiyə var.

Şübhəsiz ki, bu əməklər, bu uğurlar bizim hamımızındır”.

Bütün xəbərlər Facebook səhifəmizdə