Fransadan İngiltərəyə La-Manşla keçən qeyri-qanuni miqrant sayı

Son illər Fransadan İngiltərəyə kiçik qayıqlarla La-Manş boğazını keçən qaçqınların sayında ciddi artım müşahidə olunur

Çox sayda qeyri-qanuni miqrant Fransadan Manç boğazını kiçik qayıqlarla Böyük Britaniyaya keçib.

Son illər Fransadan İngiltərəyə kiçik qayıqlarla La-Manş boğazını keçən qaçqınların sayında ciddi artım müşahidə olunur. SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, rəsmi rəqəmlərə görə, 2018-ci ildə 299 qeyri-qanuni miqrant kiçik qayıqlarla La-Manş boğazını Fransadan İngiltərəyə keçibsə, 2021-ci ildə bu rəqəm 28.526 olub, 2022-ci ildə isə 20 min 17. Təkcə bu ay 3618 qeyri-qanuni miqrant kiçik qayıqlarla La-Manş boğazı ilə Fransadan İngiltərəyə gedib.

İngiltərədəki qeyri-qanuni mühacir və sığınacaq axtaranların Ruandaya göndərilməsi üçün iki ölkə arasında Miqrasiya və İqtisadi İnkişaf Tərəfdaşlığı Sazişi 2022-ci il aprelin 14-də imzalanıb. İnsan haqları təşkilatları razılaşmaya reaksiya verib.

İngiltərə Apellyasiya Məhkəməsi miqrantları və sığınacaq axtaranları Ruandaya aparmaq üçün ilk uçuşun iyunun 13-də həyata keçiriləcəyinə qərar verib. Fərdi müraciətləri də rədd edilən sığınacaq axtaranların vəkilləri uçuşun başlamasına saatlar qalmış Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər. Bu müraciətdən sonra İngiltərə rəhbərliyi məhkəmədən nəticə gözləmək məcburiyyətində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə