IKEA Rusiyada onlayn satışını başa çatdırıb

Bu arada IKEA da Rusiyada məhsullarının satışını dayandırdığını açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,

bu barədə şirkətin saytında məlumat verilib.

“Biz müştərilərimiz, eləcə də korporativ müştərilər üçün IKEA məhsullarının onlayn satışını başa çatdırdıq. Saytda alış-veriş səbəti, alış-veriş siyahısı və şəxsi hesab mövcud deyil.

Qeyd olunur ki, IKEA mağazaları yalnız tamamlanmış sifarişlərin verilməsi, eləcə də malların qaytarılması və dəyişdirilməsi üçün işləyəcək. Ödəniş zamanı seçilmiş vaxt intervalını dəyişmək mümkün deyil.

Xatırladaq ki, mart ayında şirkət Rusiyadakı bütün satışları dayandırdığını, iyunda isə yaxın gələcəkdə onları bərpa etmək imkanını görmədiyini, bununla əlaqədar olaraq rus işçilərini ixtisar edəcəyini və yerli zavodları satacağını açıqladı.

Şirkət saytda malların satışı təşkil edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə