“Tank biatlonu” müsabiqəsinin açılış mərasimi olub

Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin açılış mərasimi keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, açılış mərasimindən sonra komandamızın ikinci heyəti birinci divizionda Monqolustan komandası ilə mübarizə aparıb.

“Fərdi sürmə” mərhələsində güclərini sınayan tankçılarımız müsabiqənin növbəti mərhələsində də uğurla çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə