Meksikada mütəşəkkil cinayətkarlığa böyük zərbə vuruldu

Meksikada təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatda mütəşəkkil cinayətkar qrupa ağır zərbə vurulub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələrinin 164 nəfəri həbs edilib, çoxlu sayda silah və avtomobilin müsadirə edilib.

Dünən Meksikanın Miçoakan əyalətində yerləşən Tiamba qəsəbəsinin “Pueblos Unidos” silahlı cinayət təşkilatı üzvləri tərəfindən 28 avtomobillik karvanla mühasirəyə alındığı bildirildikdən sonra təhlükəsizlik qüvvələri bölgədə əməliyyat keçirib.

Qeyd edək ki, 142 tüfəng, 44 tapança, çoxlu sursat və biri zirehli olmaqla 28 avtomobilin də ələ keçirildiyi bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə