...Deməli, avqustun 14-də erməni sosial şəbəkələrində Azərbaycan Respublikasının Laçın rayonunun Zabux kənd “sakini” olan bir erməninin təxliyyə olunmağa məcbur edildiyi, lakin o evini Azərbaycan tərəfinə qalmaması üçün onu yandırdığını əks etdirən video yayılıb.
Belə ki, “evini yandıran erməni” qardaşı ilə 28 il yaşayıb böyüdüyü və oğlunun burada yaşayacağına ümid etdiyi evə od vurduğunu kameraya danışır.
Erməni saytları bir az təsirli çıxsın deyə, “evini yandıran erməninin” dediklərinə xüsusi diqqət ayırmağı da unutmurlar.
“Evimi öz əllərimlə yandıracağımdan ruhumu parçalanır”- deyən o, “kğvrələrək” evdən çıxmaq istəmədiyini deyir.
Bundan sonra erməni hakimiyyətinin qarasınca deyinən həmən müvəqqəti qonaq hakimiyyətin evini yandırana təzminat ödəməyəcəyini bir daha xatırladır.
...Güya ulu babası Xorenin, yaxın qohumu Mıkırtıçın qanının töküldüyü bu müqəddəs torpağın onun üçün dünyada heç nəyi əvəz edə bilməyəcəyini kövrək bir şəkildə bəyan edir. Bununla yanaşı o, bu hərəkəti ilə nə evini, nə ailəsini, nə də “vətənini” satmadığını deyir.
Erməni saytı da yaşananlara biganə qalmır, erməninin bu əməlini “ürək dağlayıcı” bir hal kimi təqdim edir.
Amma nədənsə 28 il burada yaşayan həmən evini yandıran erməninin bu yerlərə gələnə qədər harada yaşaması ilə heç maraqlanmır. Doğrudan da, görən o bura gəlməmişdən əvvəl harada yaşayırmış? Əslində bunun ermənilər üçün elə də bir dəxli yoxdur. Çünki, özləri demiş, onlar üçün vətən məfhumu elə də bir önəm kəsb etmir, yəni harada “çörək varsa, deməli ora erməni üçün vətəndir”.
...Amma onu da deyim ki, bu gün erməninin guya sayta “biz nə vaxtsa yenə buralara qayıdacağıq” deyimi daha keçərli deyil...elə sizin bir vaxtlar ümid elədiyiniz “müsəlmanın sonrakı ağlı” kimi...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB