10 Rusiya təyyarəsi Almaniya aerodromlarından buraxılmır...

...sanksiyalara görə
10 Rusiya təyyarəsi Almaniya aerodromlarından buraxılmır...

Avropa İttifaqının Rusiya təyyarələri üçün hava məkanını bağlamasından beş aydan çox vaxt keçsə də, Rusiyaya məxsus on təyyarə hələ də Almaniya aerodromlarındadır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Almaniya Federal Nəqliyyat Nazirliyi məlumat verib.

Qeyd olunub ki, sanksiyalara görə təyyarələr havaya qalxma və uçuş qadağasına məruz qaldığı üçün sahibi tərəfindən istifadə oluna və başqa yerə daşına bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə