...İndi də, ABŞ səlahiyyətliləri qorxuya düşüblər..?
Belə ki, Taliban hakimiyyətə gəldikdən sonra Əfqanıstanda qalan keçmiş əfqan təhlükəsizlik rəsmilərinin Rusiya, Çin və ya İran tərəfindən işə götürülə bilmələri rəsmi Vaşinqtonun guya “kürkünə birə salıb”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Reuters” agentliyi bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin respublikaçıların müvafiq hesabatına istinadən xəbər verir.
Hesabatın fərziyyələrinə görə, əfqan hüquq-mühafizə orqanlarının keçmiş zabitləri ABŞ-ın əməliyyatları barədə məlumatlara malikdirlər, ona görə də onların cəlb edilməsi Vaşinqtonun maraqlarını təhdid edə bilər.
Qeyd edək ki, Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra bəzi keçmiş əsgərlər İrana qaçıblar.
Hesabat müəllifləri vurğulayırlar ki, prezident Cozef Bayden administrasiyası “Taliban” hərəkatının gəlişindən sonra Əfqanıstandan evakuasiya zamanı “düzgün prioritetlər təyin etməyib” və bu hərbçiləri və hüquq-mühafizə orqanları əməkdaşlarını ölkədə qoymaqla böyük səhvə yol vermiş olub.
Xatırladaq ki, bir il əvvəl Kabilin Taliban tərəfindən tutulması zamanı ABŞ hakimiyyəti Əfqanıstandan təxminən 124 min insanı təxliyə etmişdi və onlardan yalnız 6 mini amerikalı idi. Eyni zamanda ABŞ hərbçiləri təxliyəsi planlaşdırılan mülki şəxslərin hamısını çıxara bilmədiklərini də bildiriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB