Portuqaliya ekstremal quraqlıqdan əziyyət çəkir

Portuqaliyanın kontinental ərazisi son 92 il ərzində ən yüksək temperaturla müşayiət olunan yağmursuz iyul ayından sonra ekstremal və ya güclü quraqlıq vəziyyətindədir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ölkə ərazisinin 55,2 faizi güclü, 44,8 faizi isə ekstremal quraqlıqla üz-üzədir.

İyul ayı son 92 il ərzində ən isti ay olub, havanın orta hərarəti 25,14 dərəcə olub ki, bu da normadan 2,97 dərəcə yüksəkdir.

Portuqaliyada quraqlıq ona gətirib çıxarıb ki, hökumət elektrik enerjisi istehsalı və ya kənd təsərrüfatı ehtiyacları üçün su anbarlarında olan sudan istifadəni məhdudlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...