Rusiyaya qarşı yeni sanksiyalar olacaq..?

Avropada ruslar üçün viza məhdudiyyətləri ilə bağlı müzakirələr hər gün genişlənir...

...Rusiya pasportlarının sahibləri üçün Avropada viza məhdudiyyətləri ilə bağlı müzakirələr hər gün davam edərək genişlənir, ona yeni dövlətlər qoşulur və bu da təbii ki, müvafiq qərarların qəbuluna səbəb olmalıdır.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski axşam videomüraciətində bildirib.

“...Terrorçu dövlətin vətəndaşlarını baş verənlərə görə məsuliyyət hiss etmələrini stimullaşdırmaq üçün Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyirik. Rusiya pasportlarının nümayəndələri üçün Avropada viza məhdudiyyətləri ilə bağlı müzakirələr hər gün genişlənir. Bu təşəbbüsə yeni dövlətlər, yeni siyasətçilər qoşulur. Bu, əvvəl-axır müvafiq qərarların qəbuluna gətirib çıxarmalıdır”.

Qeyd edək ki, bunu Ukraynanın dövlət başçısı bildirib.

Zelenski Ukrayna kəşfiyyatçılarına, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, jurnalistlərə və rusiyalı qatillərin tam məlumatlarının üzə çıxarılmasında çalışan hər kəsə təşəkkür edib.

Maraqlıdı ki, Zelenski ruslara müraciət də ünvanlayıb. O öz müraciətində istər Rusiyada, istərsə də xaricdə yaşayan ruslara onları müharibəyə qarşı səslərini qaldırmağa çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə