“Bu, odla oynamaq kimi çox təhlükəli bir hərəkətdir”

Bu arada Çinin Koreya yarımadası üzrə xüsusi nümayəndəsi Liu Şyaomin öz “Twitter” hesabında ABŞ Konqresinin nümayəndə heyətinin Tayvana səfərinə sərt reaksiya verib.

“...Bu, odla oynamaq kimi çox təhlükəli bir hərəkətdir. Odla oynayanlar isə ondan öləcəklər”-deyə xüsusi nümayəndə bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,

diplomat qeyd edib ki, Pekin Vaşinqtonu ölkənin daxili işlərinə qarışmağı dayandırmağa və “vahid Çin” siyasətinə riayət etməyə çağırıb.

Onun sözlərinə görə, Çinin yenidən birləşməsinə mane olmağa çalışan hər kəs 1,4 milyarddan çox vətəndaş tərəfindən düzəldilmiş “böyük polad divar”la üzləşəcək.

Qeyd edək ki, avqustun 14-də ABŞ Konqresinin senatoru Ed Markinin başçılıq etdiyi nümayəndə heyəti iki günlük səfər üçün Tayvana gəliblər.

Verilən məlumata görə, Markdan başqa Tayvana daha dörd senator gəlib. Amerikalı siyasətçilərin avqustun 15-i səhər saatlarında adanın prezidenti Tsay İnq-venlə görüşəcəkləri bildirilir.

Ağasəf Babayev

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə