“Biz bəzən Ukraynada, bəzən də Rusiyada oluruq, niyə?”

Türkiyənin Çorum rayonunda keçirilən bir açılış mərasimində iştirak edən Ərdoğan buradakı çıxışında deyib...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terrorla mübarizədə qətiyyət mesajı verdi.

Türkiyənin Çorum rayonunda keçirilən bir açılış mərasimində iştirak edən Ərdoğan buradakı çıxışında deyib: “Türkiyəyə xidmət yolundan heç vaxt geri çəkilmədik. Hücuma məruz qalsaq da, biz həmişə daha yaxşıya çatmaq üçün mübarizə apardıq. Yol, ətraf mühit və yaşayış layihələri ilə şəhərlərimizi canlandırdıq. Gecə-gündüz çox çalışdıq. Ölkəmizin hər qarış torpağında möhürümüz olduğunu görürük. Biz iş və xidmətlər təqdim edirik, millətimizin problemlərini həll edib yoluna qoyuruq.

Biz bəzən Ukraynada, bəzən də Rusiyada oluruq. Niyə? Çünki biz Türkiyəyik.

Biz terror bataqlığını qurutmaq üçün sərhədi keçən terrorçuların üstünə gedirik. Bunu başqalarının deyil, öz istehsal etdiyimiz silahlar və helikopterlərlə edirik. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Bütün xəbərlər Facebook səhifəmizdə