14 avqustda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) yaranmasının 21-ci yaşını qeyd edir

14 avqustda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) yaranmasının 21-ci yaşını qeyd edir. Bu münasibətlə partiyanın rəhbəri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya üzvlərinə məktub yollayıb.

SİA-nın əldə etdiyi məlumata görə, məktubda yazılır: “Yaranandan bu yana keçirilən seçkilərdə 15 dəfə qələbə qazanan AK Partini 2023-cü ildə keçiriləcək prezident və parlament seçkilərində də yenidən zəfərə qazandırmaqda qərarlıyıq.

Bu gün keçmişimizə nəzər saldıqda, 20 il ərzində bir əsrlik demokratiya və inkişaf layihələrini həyata keçirdiyimizi məmnuniyyətlə müşahidə edirik. Təhsildən səhiyyəyə, təhlükəsizlikdən ədalətə, nəqliyyatdan enerjiyə, sənayedən idmana qədər Türkiyənin sadəcə çatışmazlıqlarını aradan qaldırmadıq, həm də gələcək irəliləyişlər üçün infrastruktur yaratdıq. İndi güclü infrastruktur üzərində 2023-cü il hədəflərimizi reallaşdıraraq və 2053-cü ilə baxışımızı quraraq ölkəmizə və millətimizə verdiyimiz bütün vədləri yerinə yetirmək istəyirik. Bunun üçün 2023-cü il seçkiləri kirtikdir”.

Yaranmasının 21-ci ildönümü münasibətilə AK Parti avqustun 15-də “Bir olduq, 21 olduq” mövzusunda tədbir keçirəcək. Türkiyə prezidenti və AK Partinin sədri Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi proqramda təxminən 3 min qonağın iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə