Ölənlərin sayı iki nəfərdir...

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, İrəvandakı “Sürmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı iki nəfərə çatıb, onlardan biri dağıntılar altından yenicə çıxarılan qadındır.

Qeyd edək ki, nazirlik ölənlərin sayının daha da artacağını da istisna etmir.

SİA bu barədə Ermənistan saytlarına istinad edir.

Hazırda xilasedicilər faciə yerində işlərini davam etdirirlər. İndiyədək 10 nəfər dağıntılar altından sağ-salamat çıxarılaraq,

həkimlərə təhvil verilib.

Hadisə nəticəsində ümumilikdə 60 nəfərin xəsarət aldığı ehtimal edilir. Xilas edilənlərdən 36 nəfərinin vəziyyətini həkimlər orta ağır qiymətləndirirlər. Xəsarət alıb xəstəxanalara aparılanların artıq 22 nəfəri evə buraxılıb. “...Hazırda itkin düşmüş qohumlardan 20 mesaj daxil olub. Bu o deməkdir ki, biz ən azı daha 20 nəfəri tapmalıyıq”.

Bunu isə Fövqəladə Hallar Nazirliyinin rəhbəri Armen Pambuxçyan deyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə