Halı pisləşən erməni əsgər... ölüb

Halı pisləşən erməni əsgər... ölüb

Ermənistan ordusunda qırx yaşını təzəcə qeyd edən sıravi Manvel Tadevosyan ölüb.

Beləliklə, Ermənistan Müdafiə Nazirliyi hərbçinin ölümü barədə məlumat yayıb. Belə ki, avqustun 14-də saat 15:20 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu sıravi Manvel Myasnikoviç Tadevosyanın (1981-ci il təvəllüdlü) vəziyyəti kəskin pisləşib.

Ona təcili tibbi yardım göstərilsə də, əsgərin həyatını xilas etmək mümkün olmayıb.

Beləliklə, onun ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə