Malayziya kralı son 30 ildə ilk dəfə olaraq Türkiyəyə gəlir

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumatda yazılır...

Malayziya kralı Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə avqustun 15-21 tarixlərində Türkiyədə rəsmi səfərdə olacaq. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumatda yazılır: “Yüksək səviyyəli görüşlər Malayziya ilə dostluq, qarşılıqlı etimad və xalqların rifahı əsasında sürətlə inkişaf edən münasibətlər kontekstində geniş vüsət alıb. Bu çərçivədə Malayziyanın baş naziri İsmail Sabri Yakub iyul ayında Türkiyəyə səfər etmiş və bu münasibətlə iki ölkə arasında əlaqələr Hərtərəfli Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırılmışdır.

Sultan Abdulla Şahın kraliça Tunku Azizah Aminah Maimunah İskəndəriah ilə səfəri təxminən 30 ildə bir dövlət başçısı kimi Malayziyadan Türkiyəyə ilk səfər sayılır”.

Bütün xəbərlər Facebook səhifəmizdə