Çində daşqın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Çinin cənub-qərbindəki Siçuan əyalətində daşqın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bundan əvvəl 4 ölü və 9 yaralı ilə bağlı məlumatlar dərc edilmişdir.

Daşqın turistlərin olduğu parkda baş verib.

Rayon rəhbərliyi axtarış-xilasetmə işlərinin aparılması üçün 150-yə yaxın insanı səfərbər edib.

Bütün zərərçəkənlərə tibbi yardım göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə