‘‘Pәncә-Kilid’’ әmәliyyatı bölgәsindә bir hәrbçi şәhid olub

‘‘Pәncә-Kilid’’ әmәliyyatının keçirildiyi bölgәdә terrorçular tәrәfindәn törәdilәn hücum nәticәsindә bir hәrbçi şәhid olub.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn bәyanatda bildirilib.

‘‘Bizi kәdәrlәndirәn bu hadisә nәticәsindә hәyatını itirәn şәhidimizә rәhmәt, ailәsinә, Türkiyә Silahlı Qüvvәlәrinә vә xalqımıza başsağlığı veririk’’,-deyә Milli Müdafiә nazirliyindәn verilәn bәyanatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə