Cina 95 yaşında deputat olmaq istəyir

...95 yaşlı italyan aktrisa Cina Lollobrigida “Suveren və Xalq İtaliyası” siyasi qurumundan parlamentə namizəd göstərilib.

TASS-ın məlumatına görə, “La Repubblica” qəzeti Lollobrigidanın siyahıdan çıxarılması barədə xəbər yaysa da, amma sonradan onun namizədliyinin bərpa olunmasına aktrisanın vəkili, siyasi birliklə bağlı olan keçmiş prokuror Antonio İnqroya kömək edib. SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, “Suveren və Xalq İtaliyası” hərəkatı qanunverici orqana daxil olmaq üçün tələb olunan üç faizlik həddi aşmağa ümid edir.

Onu da xatırladaq ki, 1999-cu ildə Lollobrigida artıq Avropa Parlamentinə seçkilərdə iştirak etsə də, amma o vaxt onun cəmi 10 min səs toplayaraq qanunverici orqana daxil ola bilməmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə