Malinin hökumət başçısı xəstəxanaya yerləşdirilib

Malinin müvəqqəti Baş naziri Çoqel Kokalla Maiqa şənbə günü Bamakodakı özəl klinikaya yerləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, 64 yaşlı Maiqa özünü pis hiss edib və xəstəxanaya aparılıb. “İndiki mərhələdə Baş nazirin səhhəti qaydasındadır, o, həkimlərin nəzarəti altındadır”, – mənbə AFP-yə bildirib. Baş nazirin yerləşdirildiyi klinikanın digər həkimi isə hökumət başçısının “kifayət qədər sağaldığını” deyib.

Mali Baş nazirinin katibliyi onun xəstəxanaya yerləşdirilməsi faktını təsdiqləyib. “14 aylıq gərgin işdən sonra Baş nazir Çoqel Kokalla Maiqa həkimi tərəfindən məcburi istirahətə buraxılıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...