...Belarus İstintaq Komitəsinin məlumatına görə, Belarusun Qrodno vilayətinin Slonimski rayonunda yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində təyyarədə olan 61 və 54 yaşlı iki pilot həlak olub.

SİA bu barədə rus saytlarına istinad edir.

İlkin məlumatlara görə, pilotlar Slonim üzərində “zövqlü” uçuşlar həyata keçirirmişlər, lakin axşam saatlarında təyyarə... qəzaya uğrayıb.

Hadisənin səbəbi məlum deyil, müstəntiqlər hadisə yerində işləyirlər.

Yeri gəlmişkən, avqustun 8-də Komi Respublikasında “Cessna” təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub. Təyyarədəkilər yanğın mənbələrini müəyyən etmək üçün meşələrin havadan monitorinqini həyata keçirirmişlər.

Rayonun Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Nazirliyindən verilən məlumata görə, qəza havaya qalxma zamanı baş verib.

Təyyarədə iki pilot və bir müşahidəçi pilot olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarə Uxta hava limanından 400 metr aralıda məcburi eniş edib və yanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə