Çində istilərə görә “qırmızı” xəbərdarlıq elan edilib

Bu barədə Çinin Milli Meteorologiya Mərkəzi məlumat yayıb.

Çinin bəzi bölgələrində havanın həddindən artıq isti keçməsinə görə bu il ilk dəfə olaraq “qırmızı” xəbərdarlıq elan edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Çinin Milli Meteorologiya Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, ölkənin Şaanşi, Siçuan, Hubey, Hunan, Ciangşi, Anhui, Ciangsu vә Cıciang bölgәlәri ilә Şanxay vә Conqçinq şәhәrlәrinin bәzi bölgәlәrindә havanın temperaturu 40-42 dərəcəyə yüksəlib, hətta bəzi bölgələrdə 42 dərəcədən də çox olacağı gözlənilir.

Qeyd edək ki, “qırmızı” xəbərdarlıq Çinin 4 dərəcəli isti hava xəbərdarlığı sistemində ən yüksək səviyyədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...