ADPU-nun tələbəsi yol qəzasında ölüb

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) tələbəsi avtomobil qəzasında ölüb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə universitetin “Facebook” səhifəsində paylaşım edilib.

“ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər təhsil ixtisasında təhsil alan Nəzrin Ələsgərova avto-qəza nəticəsində həyatını itirib.

Tələbəmizin zamansız vəfatından məyusluğumuzu bildirir, ailəsinə səbr arzulayırıq. Allah rəhmət eləsin!”,- deyə paylaşımda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə