Salman Rüşdi sağ qalsa da, gözsüz qalacaq

Nyu-Yorkda Cinayət Axtarış Bürosu 24 yaşlı Hadi Matarı britaniyalı yazıçı Salman Rüşdini öldürməyə cəhddə ittiham edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 2-ci dərəcəli adam öldürməyə cəhd və 2-ci dərəcəli hücumda şübhəli bilinən Matar Çautauka County həbsxanasına aparılıb və ehtimal ki, bu gün ittiham olunacaq.

Xatırladaq ki, Salman Rüşdi Nyu-York ştatında institutun səhnəsində hücuma məruz qalmışdı. Yazıçı boynundan və qarnından bıçaqlanıb. Rüşdi danışa bilmir və yəqin ki, gözünü itirəcək.

Amerika mediası hücumçunun İran İslam İnqilabı Keşikçiləri Korpusuna və “şiə ekstremizminə” rəğbət bəslədiyini müəyyən edib.

İranlı Ayətullah Ruhullah Xomeyni “Şeytan ayələri” romanına görə Rüşdini açıq şəkildə lənətləyib. Xomeyninin ölüm hökmü ilə bağlı fitvasının icrasına görə yazıçıya böyük mükafat elan edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə