Sudanda daşqınlara səbəb olan güclü yağışlar nəticəsində 51 nəfər həyatını itirib, 24 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Sudanın Ağ Nil və Nil çayı əyalətlərində güclü yağışlar daşqınlara səbəb olub. Səlahiyyətli şəxslər 51 nəfərin öldüyünü, 24 nəfərin yaralandığını açıqlayıb. Nil çayı əyalətinin hökuməti bəyan edib ki, ştatı digər şəhərlərlə birləşdirən əsas yollar Daşqın nəticəsində aşınıb.
Qeyd edək ki, sel nəticəsində 5345 evdən 2845-i qismən, 16 ictimai obyekt isə tamamilə dağılıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...