Zibil qutusuna ilişən adam xilas oldu

Fransanın Perpignan şəhərində yeraltı zibil qabına düşən telefonunu çıxarmaq istəyən şəxs zibil qutusuna ilişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şəxsi xilas etmək üçün yanğınsöndürənlər cəlb olunub. Başı və bədəni zibil qabına ilişiən şəxs telefonunu almaq istəyərkən böyük çaxnaşma yaşayıb.
Təxminən 1 saat sonra yanğınsöndürənlər zibil qabını kəsərək sıxılmış vəziyyətdə qalan şəxsi xilas ediblər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə