Pakistanın Bəlucistan əyalətində leysan yağışların səbəb olduğu sel fəlakəti nəticəsində 8 nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Pakistanda leysan yağışları daşqınlara səbəb olub. Ölkənin Bəlucistan əyalətində baş verən daşqın nəticəsində 8 nəfər həyatını itirib. Səlahiyyətli şəxslər Bəlucistan əyalətinin Ketta şəhərində güclü yağışların davam edəcəyini bildiriblər.
Qeyd edək ki, yaxın günlərdə Pakistanın Sind əyalətində güclü yağışların davam edəcəyini açıqlayıb. Sind əyalətinin Kəraçi şəhərində avtomobillər su basan yollarda çətin anlar yaşayıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB