Çimərliyə günəş vannası qəbul etməyə gedən 63 yaşlı qadın küləyin uçurduğu çimərlik çətirinin sinəsinə batması nəticəsində həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə ABŞ-ın Cənubi Karolina ştatındakı “Garden City Beach” çimərliyində baş verib. Sinəsindən yara alan qadın xəstəxanaya yerləşdirilib.
Səlahiyyətli şəxslər xəstəxanaya aparılan qadının döş qəfəsindən aldığı travmadan bir saat sonra dünyasını dəyişdiyini açıqlayıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB