Təcavüzkar 11 nəfəri qətlə yetirdi

Təcavüzkar 11 nəfəri qətlə yetirdi

Monteneqroda ailə mübahisəsindən sonra küçəyə çıxaraq atəş açan təcavüzkar 11 nəfəri öldürüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, biri polis olmaqla 6 nəfəri yaralayıb.
Monteneqronun paytaxtı Podqoritsadan 36 kilometr aralıda yerləşən Çetinye şəhərində ailədə yaranan mübahisədən sonra küçəyə çıxan kişi aralarında uşaqların da olduğu bir çox insana təsadüfi atəş açıb. Hücumlar nəticəsində 11 nəfər həyatını itirib, 1-i polis əməkdaşı olmaqla 6 nəfər yaralanıb. Yaralılardan 4-ü Centinye xəstəxanasına, 2-si isə ağır yaralı Podqoritsadakı klinik mərkəzə aparılıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə