Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdi Nyu Yorkda keçirilən tədbir zamanı bıçaqlı hücuma mərux qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bıçaqlı bir şəxs tərəfindən hücuma məruz qalan Rüşdinin boyun nahiyəsindən bıçaqlandığı və təcavüzkarın nəzarətə alındığı bildirilib.
Chautauqua İnstitutunda çıxışı zamanı bıçaqlanan 75 yaşlı Rüşdi helikopterlə xəstəxanaya aparılıb. Qeyd edək ki, Rüşdinin sağ olduğu bildirilsə də səhhəti ilə bağlı təfərrüatlar açıqlanmayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə