26 ölkə Ukraynaya yardım edəcək

26 ölkə Ukraynaya yardım edəcək

Danimarkanın paytaxtı Kopenhagendə Danimarka, İngiltərə və Ukraynanın birgə ev sahibliyi etdiyi ianə konfransında 26 ölkədən Ukraynaya 1,55 milyard dollarlıq hərbi yardım vəd edilib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyanın Ukraynaya hücumları təxminən 6 aydır davam edərkən, Danimarkanın paytaxtı Kopenhagendə Danimarka, İngiltərə və Ukraynanın birgə ev sahibliyi ilə Ukrayna üçün ianə konfransı keçirilib. Ukraynanın müdafiə naziri Aleksii Reznikovun, Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin və Danimarkanın müdafiə naziri Morton Bodskovun iştirakı ilə keçirilən ianə konfransında nazirlər bildiriblər ki, qabaqcıl əlavə maliyyə yardımı, silah sistemləri, hərbi təlimlər, çoxbarrelli raket sistemləri ilə birlikdə Ukraynaya bağışlanacaq.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə