Ukraynada hərbi vəziyyət və səfərbərlik daha 90 gün uzadılacaq

Ukraynada hərbi vəziyyət və səfərbərlik daha 90 gün uzadılacaq

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 23-dən sonra hərbi vəziyyətin və səfərbərliyin daha 90 gün uzadılmasını təklif edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının saytında dərc edilmiş qanun layihəsinin mətnində yer alıb.

Təqdim olunan qanun layihələrinə əsasən, Ukraynada hərbi vəziyyətin avqustun 23-ü saat 05:30-dan 90 gün müddətinə uzadılması təklif edilir. Ümumi səfərbərlik eyni müddətə uzadılacaq.

Belə ki, onlar Ali Rada tərəfindən təsdiqlənərsə, hərbi vəziyyət və səfərbərlik ən azı 2022-ci il noyabrın 21-dək qüvvədə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə