"Serbiya bacardıqca Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək”

"Serbiya bacardıqca Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək”

"Serbiya Rusiyaya qarşı sanksiyalar məsələsində öz siyasətini davam etdirəcək və bacardıqca onları tətbiq etməyəcək”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç “Prva TV”yə müsahibəsində deyib.

“Bizim siyasətimiz Avropa yolu ilə getmək, adət-ənənələrimizi, dostluğumuzu qorumaq, özümüzə güvənmək, müstəqil olmaqdır. Əlbəttə, Aİ bizə Avropa Birliyinə qoşulmağa altı ay qaldığını deyəndə, biz öz siyasətimizi onların tələblərinə uyğunlaşdıracağıq və digərlərindən daha ədalətli olacağıq. Aİ-yə üzvlük müddəti bitmədən siyasətimizi onlarla uyğunlaşdırmağa borclu olduğumuz üçün bunu mütləq edəcəyik”- deyə, o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB