Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin keçmiş müavini general Seyran Saroyan ölüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.
Seyran Saroyan 1990-cı illərdə Qarabağ müharibəsinin iştirakçısı olub. 1993-2007-ci illərdə Ermənistan Silahlı Qüvvələrində alay, briqada, 2-ci və 4-cü ordu korpusunun komandiri olub.
2000-ci ildə Saroyana general-mayor rütbəsi verilib.
Qeyd edək ki, erməni generalı Seyran Saroyan Qarabağda müharibə zamanı azərbaycanlı hərbi əsirlərə və dinc əhaliyə qarşı xüsusi amansızlığı ilə seçilib.
“Xocalı qatili” kimi tanınan general Seyran Saroyanın səhətti pisləşdiyindən Belarusa aparılmışdı. Onun artıq yeriyə bilmədiyi və ayaqlarının tutulduğu deyilirdi.
2018-ci ildə Respublikaçılar Partiyasından ayrılaraq siyasətdən getmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB