Cənub Keçid Şurası Şəvba vilayətinə nəzarəti ələ keçirib

Yəməndə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi Cənub Keçid Şurası tərəfdarları ölkənin cənubundakı Şəbva vilayətinə nəzarəti ələ keçirib.
Cənub Keçid Şurası Şəvba vilayətinə nəzarəti ələ keçirib

Cənub Keçid Şurası tərəfdarı olan Şəbva müdafiə qüvvələrinin sosial media hesabından neçə gündür davam edən qarşıdurmalar ilə əlaqəli paylaşılan açıqlamada daha vilayətə Amalika Briqadalarının nəzarət etdiyi bildirilib.

SİA xəbər verir ki, yerli mənbələr də Cənub Keçid Şurası tərəfdarlarının Şəbva vilayətinə nəzarəti ələ keçirdiyini təsdiqləyib.

Qeyd edək ki, BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurası 2019-cu ildən paytaxt Aden və Sokotra nəzarət edir.

Avqustun 7-də Şəbvae valisi Avad bin əl-Vəzirin Xüsusi Təyinatlı qüvvələrin komandanı Abdurabbu Laakeb-i vəzifəsindən azad etməsi Şəbva vilayətinin mərkəzi şəhəri olan Atakda gərginliyə səbəb oldu.

Strateji mövqeyə və mühüm neft ehtiyatlarına malik Şəbva Yəmənin cənubunda yerləşir. 17 şəhərdən ibarət olan və 45 min kvadrat kilometr əraziyə sahib Şəbva ölkənin üçüncü ən böyük əyalətidir. vilayətin mərkəzi isə Atak şəhəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə