...Çin Rusiyanın taleyi ilə bağlı Amerika Birləşmiş Ştatları ilə razılaşdı.
SİA-nın əldə etdiyi məlumata görə, bunu rusiyalı hüquq müdafiəçisi Mark Feyqin Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Aleksey Aretoviçlə söhbəti zamanı deyib.
O, Cozef Bayden və Si Cinpinq arasında danışıqlar G20 sammiti çərçivəsində aparılmalı olduğunu xatırladıb.
Feyqinin ehtimalına (...əslində buna ehtimal da demək olmaz-A.B.) görə, hələ Nensi Pelosinin Tayvan səfərindən iki gün əvvəl Bayden Si Cinpinə zəng edib hər şeyi razılaşdırmışdı. Əslində bu razılaşmanın bəzi təfərrüatları bizə qaranlıq olsa da, amma Məncə, nəticə göz qabağındadır. Cavab belədir: bu, Rusiya olacaq. Yəni hər şey Rusiyanın hesabına həyata keçiriləcək
Feyqinin fikrincə, Rusiya bu üçbucaqda heç kimin onu nəzərə almaması ərəfəsindədir.
Maraqlıdır ki, Arestoviç hələ müharibənin əvvəlində bütün dünyanın Rusiyanın Çini öz tərəfinə çəkə bilib-bilməyəcəyi ilə maraqlandığını xatırladıb
“Hər şey, sizin dediyiniz kimi, yalnız bu güzəştlərin miqdarı və onların istiqaməti Kreml üçün onların düşündüklərindən daha ağrılı olacaq Onlar (ABŞ və Çin) dünyanın yeni arxitekturası üzərində yenidən danışıqlar aparacaqlar. Və orada Putin rejiminə sadəcə olaraq yer olmayacaq”.
Bunu Aretoviç bildirib.
Xatırladaq ki, bundan bir müddət əvvəl Dünya Siyasəti İnstitutunun direktoru Çinin niyə Amerika Birləşmiş Ştatları ilə müharibə etməyəcəyini açıqlamışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB