Estoniya Rusiya Federasiyası vətəndaşlarına Tallin tərəfindən verilmiş vizaların bundan sonra Estoniyaya girişini qadağan edən sanksiyaları təsdiqləyib.
Beləliklə, bundan sonra vizaya malik olan ruslar turizm, biznes, idman və ya digər məqsədlər üçün Estoniyaya gələ bilməzlər. Yəni onların rəsmi Tallin tərəfində verilmiş vizaların da daha heç bir önəm kəsb eləmir. (...yəni,onu necə deyirlər,.. “bəyənmir bu da məni”-A.B.)
SİA xəbər verir ki, bu barədə “İnterfaks” Estoniya hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Deməli bu o deməkdir ki, Estoniyanın Şengen vizası verdiyi Rusiya vətəndaşı Narva, Luhamaa və ya Koidula sərhəd-keçid məntəqələrinə gələrsə, gələn cümə axşamından etibarən o, artıq Estoniyaya daxil ola bilməyəcək.
Qeyd olunur ki, digər Şengen üzvü olan dövlət tərəfindən viza verilmiş və ya artıq Şengen zonasında olan Rusiya vətəndaşları Estoniyaya daxil ola bilərlər.
Ölkəyə girişin qanuniliyi Polis və Sərhəd Mühafizəsi İdarəsi tərəfindən yoxlanılıb təmin edilir.
...Daha bundan sonra Estoniya vizası üçün müraciət də məhduddur. Onu yalnız Estoniyada yaşayan Estoniya vətəndaşını ziyarət etməyə gələn Rusiya vətəndaşları və ya Estoniyada uzunmüddətli yaşama icazəsi olan yaxın qohumu (məsələn, qızı, oğlu, ana, ata), Rusiya diplomatları və üzvləri əldə edə biləcəklər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB