İsveç qırmızı bülletenlə axtarılan şəxsi Türkiyəyə tәhvil verəcək

İsveç Türkiyə tərəfindən dələduzluqda ittiham olunaraq qırmızı bülletenlə axtarılan 35 yaşlı şəxsi təhvil verәcәk.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә İsveçin dövlәt televiziyası SVN-in yaydığı mәlumatda bildirilib.

Ali Mәhkәmәnin qәrarını qiymәtlәndirәn İsveçin ədliyyə və daxili işlər naziri Morqan Yohansson bunun adi bir vəziyyət olduğuna diqqət çəkib.

Qeyd edәk ki, 2011-ci ildən İsveçdə yaşayan və bu müddət ərzində sığınacaq üçün müraciət edən şəxs dələduzluq ittihamı ilə Türkiyədə 14 il həbs cəzası alıb.

Sözügedən şəxsin Türkiyəyə ekstradisiya edilməmək üçün xristianlığı qəbul etdiyi iddia edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə