Ailə münaqişəsinin fəsadları…

Monteneqronun tarixi paytaxtı Çetinyedə naməlum şəxs atəş açaraq bir neçə nəfəri öldürüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə yerli “Vijesti” portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, hücum nəticəsində azı 7 nəfər həlak olub. Ən azı altı nəfər yaralanıb. Qeyd olunur ki, atışmaya səbəb ailə münaqişəsi olub. Hücumçu ölüb, bəzi məlumatlara görə, o, polis əməkdaşları tərəfindən güllələnib.

Rusiyan;n “RİA Novosti” həmin şəxs şəhərin küçələrində gəzərək yoldan keçənləri güllələdiyini yazıb. O, hətta yaraladıqlarını da təcili yardımı da yaralılardan uzaqlaşdırıb. Ölənlər arasında uşaqlar da var.

Xatırladaq ki, bundan əvvəl ABŞ-da 2022-ci ilin əvvəlindən kütləvi atışmaların sayının 400-ə çatdığı bildirilmişdi. Təkcə 6-7 avqust həftəsonu ərzində ölkənin müxtəlif ştatlarında 7 kütləvi atışmanın baş verdiyi bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə