Bu ölkədə Qərbi Nil virusuna yoluxma halları sürətlə artır

İtaliyada son bir həftədə Qərbi Nil virusuna yoluxma hallarında 53% artım qeydə alınıb.

SİA TRT telekanalına istinadən xəbər verir ki, bu barədə İtaliyanın Ali Səhiyyə İnstitutu (ISS) məlumat yayıb.

Qurumun yaydığı açıqlamaya görə, virusa yoluxanların sayı ötən həftə 94-dən 144-ə yüksəlib.

Bildirilir ki, indiyədək ölkə üzrə 10 nəfər visrusdan dünyasını dəyişib.

Qərbi Nil virusuna yoluxma hallarına daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiya ölkələrində rast gəlinir. Virus insanlara ağcaqanadlardan yoluxur.

Bütün xəbərlər Facebook səhifəmizdə