PKK/YPG terror təşkilatına daha bir ağır zərbə endirilib

Milli Kəşfiyyat Təşkilatının Qamışlıda keçirdiyi əməliyyat nəticəsində separatçı terror təşkilatı PKK/YPG-nin qondarma əlayət başçısı İran mənşəli “Rezan Cavit” ləqəbli Yusif Mehmud Rebani zərərsizləşdirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Milli Kəşfiyyat Təşkilatı separatçı terror təşkilatı PKK-nın qondarma əyalət başçısı olarkən Türkiyə Silahlı Qüvvələrinə qarşı hücumların əmrini verən terrorçu Rebaninin Suriyada olduğunu müəyyən edərək əməliyyat həyata keçirib. Bildirilir ki, əməliyyat çərçivəsində terrorçu Rebani və Amude-Derbesiye vilayətinin qondarma rəsmisi “Ruhaz Amude” ləqəbli Mazlum Esat zərərsizləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...