Almaniyadakı əyləncə parkında qatarlar toqquşub

Almaniyanın Günzburq şəhəri yaxınlığındakı əyləncə parkında iki əyləncə qatarının toqquşması nəticəsində 31 nəfər xəsarət alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə,14 yaralıya xəstəxanada tibbi yardım göstərilib.

Yaralılardan ən azı birinin vəziyyətinin ağır olduğu açıqlansa da, qəzadan sonra əyləncə parkı bağlanıb.

Parkı idarə edən Legoland şirkəti qəza ilə bağlı araşdırmalara başlayıb.

Şirkətdən verilən açıqlamada əyləncə qatarlarından birinin dayandığı halda, digərinin naməlum səbəbdən hərəkətinə davam etdiyi bildirilib.

Qəza zamanı qatarlarda 38 nəfər olub. Legoland-ın saytında qeyd olunur ki, 8 yaşdan yuxarı bütün uşaqlar təkbaşına roller sahil gəmisinə minə bilərlər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə